Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrmizə sadiqik

0

  •         Hər  zaman  olduğu  kimi   Prezident  Cənab  İlham  Əliyev  ictimaiyyətə   geniş  informasiya  vermək  məqsədilə   2022-ci  ilin  yanvar  ayının   12  də  yerli   televiziya   kanallarına  müsahibə  verib .      Prezident   Cənab  İlham  Əliyev  yerli  televiziya  kanallarının  müxbirlərinin  suallarına   geniş  aspekdə  və  dolğun  bir   şəkildə  cavab  verərək   Ölkəmizdə  44  günlük   Vətən  müharibəsindən  sonra   həyata  keçirilən  planlardan  söz  açmış, qarşıya  qoyulan  məqsədlərə   nail  olmaq  üçün  görülən  və  gələcəkdə   görüləcək  işlərdən  danışdı. Bir  çox   sahələrə  toxunan   Dövlət   Başçısı   hazırda   keçən  il   başlanılmış  böyük  proqramın  bu  ildə   icra  ediləcəyini  qeyd  etdi. Prezident müsahibəsi zamanı onu da qeyd etdi ki, bəzi xarici jurnalistlərin müharibə zamanı işıqlandırdığı reallıqlar nəticəsində  beynəlxalq ictimaiyyət  ermənilərin törətdiyi vəhşilklərin  bir daha şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.Prezident  İlham  Əliyev  qətiyyətlə  müsahibəsində  bildirmişdir  ki, Ermənistan  tərəfi   bu    Zəngəzur   dəhlizi   ifadəsinə  çox  böyük   qısqanclıqla  yanaşır. Bilmirəm  nəyə  görə? Amma  deyə  bilərəm  ki,  bu   terminin  - təvazökarlıqdan   uzaq   olsa  da, - müəllifi  mənəm . Nə  üçün  mən  bunu   məhz  Zəngəzur  adlandırdım? Ona  görə  ki,  birincisi, bu  ,Zəngəzurdur,  bunun  tarixi  adıdır.Zəngəzur, Zəngi  çayı  -hansı  ki,  ermənilər   indi  Razdan  adlandırırlar,-Azərbaycan  toponimidir.İkincisi,  biz  bu  dəhlizə, sadəcə  olaraq  ,  dəmir    yolu  kimi   baxmırıq  .Çün  ki,  bu  dəhlizdən  həm  dəmir  yolu  keçəcək, həm  avtomobil  yolu  keçəcək.Bizim  planımızda  var , gələcəkdə  oradan  Naxçıvana   elektrik   xətləri    çəkilsin.Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır.     Müxbirin   Prezident  Cənab   İlham   Əliyevə  ünvanladığı  suala  Cənab  Prezident    Zəngəzurla  bağlı  biz  bilirik  ki,Sizin   şəxsi   tarixçəniz  var.Siz  Naxçıvana   səfəriniz  zamanı   öz  əcdadlarnızı  ziyarət   etdiniz .Şuşa  azad   olunanda  Fəxri   xiyabanda  Ulu  Öndərin  məzarını   ziyarət    etməyinizi    bunun  davamı   hesab  edə  bilərikmi ?Prezident  Cənab  İlham  Əliyev  belə  qeyd  edir “ bəli,  belədir.Mən  təşəkkür  edirəm  ki,  siz  bunu   belə  qəbul  etdiniz  bəli.Məhz  bu  idi  mənim  ürəyimdə  olan   fikirlərim   və  ürəyimdə  olanları   mən  hələ   deməyəcəyəm.Amma  babamın   məzarını  ziyarət  etməklə , eyni  zamanda    ürəyimdə  olan  sözləri   dedim.Baxmayaraq  ki,  mən  babamı   görməmişəm,  o,  həyatdan   gedəndə   mən  hələ   doğulmamışdım. Amma  bildiyiniz   kimi, o, Zəngəzurda    doğulmuşdur,  erməni   etnik  təmizləmə   siyasətinin  də  qurbanı   olmuşdur, onun  ailəsi  məcburən   oradan  köçüb   Şahbuza,  ondan  sonra  Naxşıvanda  yerləşmişdir.Prezident  İlham Əliyev həm də Cənub Qaz Dəhlizi haqqında sualı cavablandırdı. O, qeyd etdi ki, sözügedən nəhəng enerji layihəsinin çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı. Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdıƏlbəttdə   ki,  biz  əcdadlarmızın  yolu  ilə   getməliyik. Onların  ruhlarını   həmişə  şad  etməyə  çalışmalıyıq. Azərbaycan   xalqının   üstünlüyü   ondadır  ki,  biz  öz  qədim  ənənələrmizə  .Bu  nöqteyi –nəzərdən  hər  birimiz  üçün  onun  ailəsi ,  onun   ulu   babaları,  əcdadları    böyük  əhəmiyyət    kəsb  edir,  o  cümlədən  mənim   üçün. Orada  babamın  məzarı   önündə  ürəyimdə  dediyim  sözləri   ola  bilsin  ki,  nə  vaxtsa  dilə   gətirəcəyəm “.Müsahibəsinin  yekununda  olduqca   müdrik   və  qətiyyətlə  Prezident   İlham  Əliyev   belə  qeyd  etmişdir   “Hər   an  hazır   olmalıyıq  ki,  özümüz  öz  gücümüzə   əsaslanaraq    istənilən  vəzifəni    istənilən  yerdə  yerinə   yetirək    və  bayrağımızı həmişə  uca  tutaq".Orxan Məmmədov,Xocalı rayon  gənci, Vətən müharibəsi iştirakçısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib34 dəfə
    Azərbaycan xalqının üstünlüyü ondadır ki biz öz qədim ənənələrmizə sadiqik

    Maraqlı gələ bilər
    25
    21
    62